Onkouroloq uroloq androloq Dr. Fuad Quliyev

Dr. Fuad Quliyev

Xəstəxana: Milli Onkologiya Mərkəzi
Ünvan: Bakı ş. H. Zərdabi küçəsi, 79B
Həyatı
  • 28 mart 1976-cı ildə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olmuşdur.
Təhsili
  • Orta təhsilini 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 153 nömrəli orta məktəbdə almışdır.
  • 1993–2000-ci illərdə Türkiyədə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsində ali təhsil almışdır.
  • 2001–2006-cı illərdə Türkiyədə Ankara Hacettepe Universiteti Tibb fakültəsinin Urologiya kafedrasında uzmanlıq üzrə təhsil almışdır.
  • 2006-cı ilin iyun ayında iki mərhələli imtahanı müvəffəqiyyətlə verib, Avropa Urologiya Assosiasiyanın mütəxəssisi ünvanına layiq görülmüşdür.
  • 2006-cı ilin iyul ayından 2007-ci ilin aprelinə qədər olan müddət üçün Avropa Urologiya Assosiasiyanın təqaüdünü qazanmışdır. Heidelberq Universiteti SLK Klinikum Heilbronnda – "Laparoskopiya lazer və xərçəng cərrahiyyə" ixtisasını artırmışdır.
  • 2010-cu ilin sentyabrında ABŞ-ın Texas Universitetinin Anderson Xərçəng Mərkəzində ixtisasını artırmışdır.
Elmi fəaliyyəti
  • 100-dən çox elmi məqalə və tezisin müəllifidir.
  • Uroonkologiya sahəsində yerli və xarici konqres və konfranslarda məruzələrlə çıxış etmişdir.
  • Avropa Urologiya Assosiasiyanın illik konqreslərində prostat vəzi və sidik kisəsi xərçəngi mövzularında ekspert kimi iştirak etmişdir.
Əmək fəaliyyəti
  • 2007-ci ilin mayından 2008-ci ilin avqustuna kimi Mərkəzi Neftçilər Xəstəxanasının Diaqnostika və endoskopik cərrahiyyə şöbəsində həkim-uroloq vəzifəsində işləmişdir.
  • 2008-ci ilin avqustundan 2009-cu ilin sentybarınadək Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya və nefrologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
  • 2009-cu ilin sentyabrından Milli Onkologiya Mərkəzinin Onkourologiya şöbəsinin müdiridir.
  • 7 yanvar 2011-ci ildən Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir.